Rusiya-ABŞ münasibətləri yenidən gərginləşib

Aygün Nəbiyeva / AZADİNFORM. “Görüş təyin edib sonradan təxirə salmaq Trampın Putinə qarşı yeni mübarizə taktikasıdır”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Rusiya-ABŞ münasibətləri yenidən gərginləşib və geosiyasi proseslərə neqativ təsirini artırıb: “Gərginliyin mənbəyi isə ABŞ olaraq qalır. D.Tramp V.Putinlə Parisdə I Dünya Müharibəsinin başa çatmasının 100 illiyi tədbirləri çərçivəsində görüşü planlaşdırılsa da, sonrada ABŞ tərəfinin Fransaya təkidli müraciəti ilə bu görüş ləğv edildi. Lakin Fransada görüşlər təxirə salınarkən G-20-nin Argentina sammitində görüşün baş tutacağı ümidi verilirdi. Putinlə Trampın Argentinada görüşü planlaşdırılarkən Kerç insidenti baş verdi. Bu hadisə ilə bağlı ən ilkin versiya P.Poroşenkonun Argentinada nəzərdə tutulan Tramp-Putin görüşünü pozmaq versiyası oldu. İnsidentin səbəbi kimi P.Poroşenkonun Ukraynada fövqəladə vəziyyət elan etmək niyyəti göstərildi. Bunun nəticəsində isə prezident seçkiləri təxirə düşdü. Yeri gəlmişkən Putin bu hadisələrdən sonra da yenə əsas səbəb kimi Poroşenkonun seçkilərsiz prezident qalmaq niyyətini göstərdi. Hər iki versiyanı mövcudluq hüququnu tanıyaraq hesab edirik ki, bu 2 versiya bir-birini tamamlayır”. 

Politoloq qeyd edib ki, Trampa Putinlə görüşü ləğv etmək üçün bəhanə lazım idi: “O, bunu Kerçdəki insident vasitəsilə reallaşdırdı. Putinlə görüşün bütün təfərrüatları hazırlandıqdan sonra Tramp Kerç insidentinə görə Putinlə Argentinadakı görüşünü təxirə saldığını elan etdi. Trampın Putindən gözlədiyi yeganə məsələ qarşıdan gələn prezident seçkilərinə müdaxilə etməməsidir. Tramp-Putin görüşünə prezident Putinin daha çox maraqlı olduğunu görən Tramp onun bu marağını idarə etmək istəyir. Qalan bütün məsələlərdə Rusiyanın işləri Putinin planlaşdırdığı qaydada gedir. Hətta, Poroşenkonun da atdığı addımların Putinin maraqlarına uyğun olduğunu bildirmək olar”.

6.12.2018 14:10 / Baxılıb: 372 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo