Sabahın havası Çiskin, yağış, qar

Samir Soltanov/AZADİNFORM. Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 10-12 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq. 

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, gecə və səhər ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 7-8-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsməsi bəzi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti narahatlıq hissi yarada bilər.

6.12.2018 13:40 / Baxılıb: 297 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo