Hamının-hamıya prinsipi Ermənistanı qane edən məsələ deyil

Ləman Hüseynzadə / AZADİNFORM. “Girovların azad olunması məsələsində bizim mövqeyimiz çox konkret, prinsipial və şəffafdır. Biz “hamının-hamıya” prinsipi ilə girovları dəyişdirməyə hazırıq”.

Bunu Azadinform-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib. 

O bildirib ki, prinsipi Azərbaycan təklif edib, amma bu, Ermənistanı qane edən bir məsələ deyil: “Çünki Ermənistan müxtəlif bəhanələrlə bundan imtina edir, fərqli səbəblər irəli sürür, bizi nədəsə günahlandırır. İş orasındadır ki, bu təklifdən imtina Ermənistan cəmiyyəti tərəfindən də çox mənfi qəbul olunan faktordur. Çünki burda əsirlikdə saxlanılan bir çox hərbiçilərin anaları və ailə üzvləri artıq Paşinyana qarşı çıxış edirlər, məktublar yazırlar, hesab edirlər ki, o özünü düzgün aparmır və buna razılıq verməlidir”. 

Politoloq əlavə edib ki, bu, bizim prinsipial mövqeyimizdir və bundan imtina etməyəcəyik: “Ermənistanın diktası ilə oturub durmayacağıq və əgər onlar öz vətəndaşlarını öz vətəninə qaytarmaq istəyirlərsə buna əməl etməlidirlər. Onların bundan başqa bir çıxış yolu da yoxdur”. 

Qeyd edək ki, bu gün ATƏT PA-nın prezidenti Corc Sereteli Azərbaycanın girovlarla bağlı bu təşəbbüsünü təqdir etdiyini bildirib və bu məsələnin həlli  istiqamətində müvafiq addımlar atacağını bildirib.

6.12.2018 12:44 / Baxılıb: 392 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo