Gömrükçülər 125 mobil telefon müsadirə edib

Samir Soltanov/AZADİNFORM. Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 250D" markalı avtomobil Gürcüstandan qayıdarkən Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sol karnizlərin içərisində, xüsusi düzəldilmiş saxlanc yerlərində 1 ədəd "Samsung", 56 ədəd "X-inova", 28 ədəd "NYHN", 21 ədəd "Kgtel" və 19 ədəd "Odscn" markalı mobil telefonlar aşkarlanıb. 

Faktla bağla araşdırma aparılır.

6.12.2018 11:37 / Baxılıb: 207 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo