Pərviz Şahbazov səudiyyəli həmkarı ilə görüşüb Vyanada

Samir Soltanov/AZADİNFORM. Vyanada səfərdə olan energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşüb. 

Energetika Nazirliyindən Azadinform-a verilən məlumata görə, görüşdə son dövrdə neftin qiymət dəyişikliyini şərtləndirən faktorlar, qısa və uzunmüddətli perspektivdə gözləntilər, qlobal neft bazarında tələb və təklifin vəziyyəti müzakirə edilib. Qiymət sabitliyi və balansın təmin olunması üçün hasilatın məhdudlaşdırılması təklifi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Neft bazarının tənzimlənməsi baxımından OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın 2019-cu ildə də davam etdirilməsinin vacibliyi qeyd olunub.  

Söhbət zamanı Əməkdaşlıq Bəyannaməsi çərçivəsində Azərbaycanla əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. 

6.12.2018 11:20 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo