Dünyanın ən güclü qadını Merkel

Samir Soltanov/AZADİNFORM. Amerikanın “Forbes” jurnalı dünyanın ən güclü 100 qadınının siyahısını hazırlayıb. 

Azadinform xəbər verir ki, Almaniya kansleri Angela Merkel 8-ci dəfə dünyanın ən güclü qadını seçilib. Siyahıda Merkeldən sonra İngiltərə Baş naziri Teresa Mey yer alıb. Üçüncü sırada Beynəlxalq Valyuta Fondunun prezidenti Kristin Laqardın (Christine Lagarde) olub. Siyahının dördüncüsünə “General Motors” şirkətinin sədri və icraçı direktoru Meri Barra layiq görülüb. Beşinci sırada isə ABŞ-ın maliyyə şirkəti sayılan “Fidelity”nin prezidenti Ebiqeyl Conson (Abigail Johnson) qərarlaşıb. 
Qeyd edək ki, “Forbes” jurnalı dünyanın ən güclü qadınlarını sərvətlərinə, mediadakı çıxışlarına və sahib olduqları nüfuza görə seçir. 

6.12.2018 11:10 / Baxılıb: 389 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo