| |||||
OPEC+ ölkələri neft hasilatını sutkada 1 milyon barel azalda bilərOPEC+ ölkələrinin nazirləri, eləcə də Rusiya nümayəndəsi Monitorinq Komitəsinin çərşənbə günü keçirilən iclasında neft hasilatını azaltmağın zəruriliyi barədə razılığa gəliblər. Azadinform TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Omanın neft və qaz naziri Məhəmməd bin Hamad ər-Rumhi iclasdan sonra deyib. "Rusiyanın öz şəxsi problemləri var, lakin bugünkü görüşdə hər kəs azaldılmanın zəruri olması fikri ilə razılaşdı. Konsensus odur ki, biz hasilatı azaltmalıyıq. Sabah necə [nə qədər] azaldacağımızı müzakirə etməliyik", - deyə nazir əlavə edib. Nazirin sözlərinə görə, 2019-cu ildə hasilatın azaldılması sutkada təqribən 1 milyon barel təşkil edə bilər. "Düşünürəm ki, bir milyon və ya ona yaxın. Lakin sabah biz bunu müzakirə edəcəyik", - deyə o, neft hasilatının hansı miqdarda azaldılmasından söhbət gedə biləcəyi barədə suala cavabında bildirib. Bundan əvvəl Tramp OPEC-in neft tədarükünü azaltmayacağına ümid etdiyini söyləmişdi.
5.12.2018 23:57 / Baxılıb: 86 /
Bu bölmədə ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |