Hollivud ulduzu Kaşıkçı cinayətini araşdıracaq

Samir Soltanov/AZADİNFORM. Hollivudun tanınmış aktyorlarından Şon Penn (Sean Penn) Kaşıkçı cinayətini araşdırmaq üçün Türkiyəyə gəlib. 

Azadinform xəbər verir ki, aktyor məsələ ilə bağlı sənədli film çəkəcək. Məlumata görə, Ş. Penn artıq Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsolluğunda çəkilişlər edib. 

Bundan başqa, Hollivudun ulduzu Kaşıkçının nişanlısı Xədicə Çingizlə görüşmək istəyib. Onun Xədicədən başqa, Kaşıkçı cinayəti ilə bağlı bir neçə insanla görüşü planlaşdırılır. 

5.12.2018 18:34 / Baxılıb: 49 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo