Neftçalada zəncirvarı qəza 1 nəfər ölüb

Samir Soltanov/AZADİNFORM. Neftçala rayonunun Qaravəlli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-dən Azadinform-a verilən məlumata görə, dekabrın 4-də saat 18 radələrində Neftçala rayonunun Qaravəlli kəndi ərazisində şəhər sakini Vasif Qurbanov idarə etdiyi “VAZ-21214” markalı avtomobili qarşıda gedən Bankə qəsəbə sakini Bəğəli Şirinovun idarə etdiyi “T-28” markalı traktora, sonra isə Xıllı qəsəbə sakini Şahmar Ələkbərovun idarə etdiyi “Mitsubishi” markalı avtomobilə vurub. 

Nəticədə V.Qurbanov hadisə yerində ölüb. 

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.

5.12.2018 14:27 / Baxılıb: 183 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo