Ölkəyə qanunsuz gətirilən 70 kq balıq müsadirə edilib

Samir Soltanov/AZADİNFORM. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Samur" gömrük postunda Rusiyadan qayıdan, Azərbaycan vətəndaşına məxsus "QAZ 31029" markalı avtomobil saxlanılıb. 

Azadinform xəbər verir ki, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin arxa oturacağının arxasında - qaz balonunun altında gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 70 kq olan 20 ədəd balıq aşkarlanıb. 

Faktla bağla araşdırma aparılır.

5.12.2018 11:56 / Baxılıb: 203 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo