Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyində olub

Adəm Abbaslı/

AZADİNFORM. Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinə gələrək ABŞ-ın 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib.

Azadinform xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili Vilyam Gill Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlətimizin başçısı Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gill ilə söhbət etdi və ona başsağlığı verib. Dövlətimizin başçısı mərhum Prezident Corc Buşun Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin yaradılmasında və inkişafında rolunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev mərhum Prezident Corc Buşun ulu öndər Heydər Əliyevlə yaxın münasibətlərini, vaxtilə onun Heydər Əliyevi öz evində qəbul etməsini xatırlayıb, bunun çox vacib və unudulmaz bir görüş olduğunu deyib. Ulu Öndərin ona göstərilmiş hörmətdən, səmimi görüşdən çox təsirləndiyini bildirib. Dövlətimizin başçısı 2004-cü ildə keçirilən Afina Yay Olimpiya Oyunlarının açılış mərasimi ilə əlaqədar təşkil olunan qəbulda mərhum Corc Buşla görüşdüyünü və onunla söhbət etdiyini yada salıb.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gill Prezident İlham Əliyevin səfirliyə gəlməsindən böyük şərəf duyduğunu bildirib. O qeyd edib ki, Corc Buş Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik münasibətlər quran Amerika Birləşmiş Ştatları Prezidenti kimi ölkələrimiz arasında güclü münasibətlərin təməlini qoyub.

5.12.2018 11:37 / Baxılıb: 426 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo