KTMT iclasını təxirə salması Putinin Paşinyanın seçki kampaniyasına dəstəyi kimi başa düşülə bilər

AZADİNFORM. “Ermənistanın cari siyasi proseslərində Rusiyanın məqsədini müəyyənləşdirən vacib proseslər baş verdi”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib. 

O bildirib ki, Nikol Paşinyanın xahişi ilə Putin KTMT iclasını təxirə saldı: “Bəllidir ki, KTMT-nin növbəti iclasında Ermənistanın təmsilçisi KTMT-nin baş katibi seçilməyəcəkdi və bu isə seçki dövründə olan Paşinyan üçün ciddi zərbə ola bilərdi. Putin Paşinyanın seçilməsində maraqlıdır. Digər tərəfdən “Lazarev klubu” nun ilk iclasına əvvəlcədən elan olunan siyahıda adı çəkilən nüfuzlu şəxslərin böyük əksəriyyəti Yerevana gəlmədilər. Onların da fikrincə, “Lazarev klubu” Köçəryanın siyasi həyata müdaxilə üçün yaratdığı platformadır. Sadəcə Zatulin bir vasitədir. Onlar isə artıq Köçəryanı Rusiyanın adamı hesab etmirlər. N.Paşinyan R.Köçəryanı həbs etdirməklə onun arxasında Putinin dayanmadığını nümayiş etdirir”.

Politoloq qeyd edib ki, Rusiya yaxın 5 ildə N.Paşinyanın rəhbərliyində maraqlı görünür: “N.Paşinyanın əli ilə Ermənistanın daxilindəki anti-Rusiya qüvvələr tamamilə sıradan çıxarılacaq. Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantı üzrə tənzimlənməsi başlanacaq. Mərhələli həll variantının birinci etapında Dağlıq Qarabağ ətrafındakı 7 rayon Azərbaycana qaytarılır, məcburi köçkünlər həmin rayonlara qaytarılır. Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələr, kommunikasiyalar bərpa olunur. Mehri dəmir yolu açılır. Mehri dəmir yolunun açılması Azərbaycandan daha çox Rusiyanın marağındadır. Çünki Mehri dəmir yolu ilə Ermənistan təkcə Azərbaycanla deyil, həm də Rusiya ilə əlaqə saxlayacaq və beləliklə Ermənistanın Rusiyanın orbitində qalması daha da ciddiləşəcək və Qərbin də ümidi azalacaqdır.

N.Paşinyan isə bütün bunları çox rahatca öz xalqına izah edə biləcək ki, hələ Qarabağ məsələsi həll olunmayıb. Sadəcə ATƏT-in sənədlərində də göstərilib ki, 7 rayon Azərbaycana qayıtmalıdır. Əvvəlki prezidentlər 7 rayonun Azərbaycana qaytarılması ilə bağlı öhdəlik götürüblər”.

5.12.2018 11:00 / Baxılıb: 296 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo