Adriana Limadan evlilik mesajı

Aygün Nəbiyeva / AZADİNFORM. Adriana Lima və yazıçı Mətin Haranın sevgili olma xəbəri hər kəsi təəccübləndirmişdi. Ara-sıra ayrıldı xəbəri mediada yayılsa da, cütlük hələ də münasibətlərinə davam edir.

Azadinform xəbər verir ki, Limanın sosial mediadakı rəyi “Haraya mesaj” olaraq şərh edilib. Ötən gün evlənən Limanın dostu Priyanka Çopra ve Nik Jonas toyları haqqında İnstaqramdan danışıqları mediada müzakirə yaradıb. Belə ki, Lima Nik Jonası təbrik edən dostuna “Bəli, dostum, sıradakı sənsən, ümid edirəm sonrakı sırada da mən olaram”, - deyə yazıb. Bu Mətin Haradan evlilik təklifini gözlədiyi söhbətlərinə səbəb olub. 

Qeyd edək ki, Mətin Hara və Adriana Lima münasibəti 2018-ci ilin aprel ayından davam edir.

5.12.2018 10:20 / Baxılıb: 289 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2018
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo