Azərbaycanda 140 əcnəbi saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 140 nəfər əcnəbi saxlanılıb. 

Xidmətdən Azadinform-a verilən məlumata görə, onlardan 3 nəfər Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb.

Saxlanılmış 9 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 2 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 129 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 114 nəfər barəsində inzibati qərarlar qəbul edilmiş, digər 26 nəfərin isə Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

4.12.2018 18:35 / Baxılıb: 114 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo