Avtomobilin saxlanc qapağının açılmaması ağır qəzaya səbəb oldu 1 ölü, 4 yaralı

Samir Soltanov/AZADİNFORM. Bu gün saat 08:20 radələrində Ələt-Astara-İran sərhəd avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 67-ci kilometrliyində Lerik rayon sakini Pərviz Quliyev idarə etdiyi 99-MP-962 dövlət qeydiyyat nişanlı “Nissan X-Trail” markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək onunla eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı yük avtomobilin arxa hissəsinə çırpılıb. 

BDYPİ-dən Azadinform-a verilən məlumata görə, nəticədə, avtomobildə olan sərnişinlərdən, sürücünün dayısı A.Diniyev hadisə yerində həyatını itirib, sürücü özü, anası, habelə dayısının həyat yoldaşı və dayısı qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Sürücü P.Quliyev ilkin ifadəsi zamanı mərhum dayısının avtomobilin salonundakı saxlanc yerinin qapağını açmağa çətinlik çəkdiyini görüb ona kömək etmək məqsədilə diqqətini yoldan ayırdığını və bu zaman avtomobilin idarəetmədən çıxaraq qarşıda gedən “Kamaz” markalı yük avtomobilinə çırpıldığını bildirib.

4.12.2018 17:58 / Baxılıb: 65 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo