Ermənistanın hücum təyyarəsi qəza törədib İki pilot ölüb

Samir Soltanov/AZADİNFORM. Bu gün Ermənistan silahlı qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi uçuş-təlim tapşırığını yerinə yetirmək üçün yerli vaxtla saat 10:30-da Gümrü aeroportundan havaya qalxıb və qısa müddətdən sonra radarlardan itib. 

Azadinform Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi günorta saatlarında təyyarənin qalıqlarının Maralik şəhəri yaxınlığında tapıldığını bildirib. Məlumata görə, qəza nəticəsində təyyarəni idarə edən iki pilot ölüb. 

4.12.2018 16:12 / Baxılıb: 415 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.02.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo