Həsən Məmmədovun 80 illik yubileyi qeyd olunacaq

Samir Soltanov/AZADİNFORM. Xalq artisti Həsən Məmmədovun 80 illik yubileyi qeyd olunacaq. 

Mədəniyyət Nazirliyindən Azadinform-a verilən məlumata görə, 2018-ci ildə Azərbaycan kinosunun qızıl fondunu təşkil edən onlarla filmdə təkrarolunmaz ekran əsərləri, parlaq xarakterlər yaratmış Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədovun anadan olmasının 80 ili tamam olur. 

Azərbaycan Prezidenti İlham Əliyevin “Həsən Məmmədovun 80 illik yubileyinin qeyd olunması haqqında” sərəncamının icrasını təmin etmək üçün cari ilin dekabr ayının 6-da Həsən Məmmədovun doğulduğu Salyan rayonunda tanınmış kino simalarının, ailə üzvlərinin iştirakı ilə yubiley gecəsi keçiriləcək.

4.12.2018 12:55 / Baxılıb: 287 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo