OPEC-dən Qətərin üzvlükdən ayrılmasına münasibət

Samir Soltanov/AZADİNFORM. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri bazarda tarazlığın və sabitliyin əldə edilməsinə sadiqdir. 

Azadinform xəbər verir ki, bu barədə OPEC məlumat yayıb. Bildirilir ki, OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo Qətər tərəfindən bu ölkənin OPEC Əsasnaməsinin 8-ci maddəsinə əsasən gələn il yanvarın 1-dən təşkilata üzvlükdən çıxarılmasına dair məktub alıb. Qətərin energetika naziri Saad al-Kaabinin məktubunda OPEC-ə üzv ölkələrə, OPEC-in baş katibinə və təşkilatın bütün heyətinə təşəkkür edib. 

OPEC-in məlumatında qeyd olunur ki, hər bir üzv ölkənin təşkilatdan çıxmaq hüququ vardır: “Buna OPEC Konfransının heç bir razılığına ehtiyac yoxdur. Təşkilat Qətərin qərarına hörmətlə yanaşır. OPEC Katibliyi üzv olduğu bir neçə onilliklər ərzində təşkilata dəstəyinə görə Qətərə təşəkkür edir”. 

Xatırladaq ki, ötən gün dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı və gündəlik orta hesabla 650 min barrel neft istehsal edən Qətər 57 ildir üzv olduğu OPEC-dən gələn il yanvarın 1-dən etibarən çıxacağını açıqlayıb. Qətərin energetika naziri Saad al-Kaabi ölkəsinin OPEC-ə üvlükdən çıxmasını texniki və strateji qərar olduğunu bildirib. 

Qeyd edək ki, 15 üzv ölkəsi olan OPEC Səudiyyə Ərəbistanı, İran, Küveyt, İraq və Venesuela tərəfindən 1960-cı ildə yaradılıb.

4.12.2018 11:15 / Baxılıb: 291 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo