Gömrükçülər qadından 5 kiloqram tiryək götürüb

Samir Soltanov/AZADİNFORM. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. 

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr sektorundan Azadinform-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Həsənova Elanə Hüseynağa qızı saxlanılıb və ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi, 5 ədəd bağlamada qablaşdırılan, xalis çəkisi 4995 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

3.12.2018 18:35 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo