DİN əri tərəfindən saçı qırxılaraq videosu yayılan qadınla bağlı məsələyə aydınlıq gətirib

Samir Soltanov/AZADİNFORM. Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda xəyanət etdiyi deyilən qadının əri tərəfindən şiddətə məruz qalması ilə bağlı məsələyə aydınlıq gətirib. 

DİN-dən Azadinform-a verilən məlumatda deyilir: “Sosial şəbəkələrdə əri tərəfindən saçları qırxılan gənc qadınla bağlı məlum video yayıldıqdan sonra araşdırma aparılaraq onların şəxsiyyəti müəyyən olunub. Qadının anası, Mingəçevir şəhər sakini olan X.Malışova dekabrın 1-də Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun ailəsinin və qızının şərəf və ləyaqətinin alçaldıldığını, şəxsi həyatının toxunulmazlığının pozulduğunu bildirib, bu məsələdə günahkar şəxslərin cəzalandırılmasını xahiş edib. 

Araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhərində anadan olmuş, hazırda Rusiya Federasiyasının vətəndaşı olan E.Həsənov ilə 2013-cü ilin aprel ayında ailə həyatı quran qadın iki il müddətində həyat yoldaşı və sonuncunun ailə üzvləri ilə birlikdə Rusiyanın Stavropol vilayətinin Kislovodsk şəhərində yaşayıb. Lakin 2015-ci ilin oktyabrında həyat yoldaşı ilə münasibətlərində problem yarandığına görə o, anasının yanına qayıdaraq 4 yaşlı övladı ilə birlikdə yaşamağa başlayıb. 

Bu ilin sentyabrında ərinin valideynləri - qaynanası və qaynatası gəlinlərini yenidən Rusiya Federasiyasına aparsalar da, həmin ayın sonlarında həyat yoldaşının şübhələri və qısqanclığı səbəbindən yenidən narazılıq yaranıb və E.Həsənov Kislovodsk şəhərindəki yaşadıqları ünvanda anasının və böyük qardaşının köməkliyi ilə qadının saçını qırxaraq bunu videoçəkilişlə qeydə alıb. Hazırda Mingəçevir Şəhər Polis Şöbəsində məsələ ilə bağlı araşdırma aparılır və nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

3.12.2018 16:55 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo