Geyindiyi paltara görə 5 il həbs cəzası ala bilər - FOTO

Aygün Nəbiyeva / AZADİNFORM. Qahirə film festivalının bağlanış mərasimində Misirli aktrisa Raine Youssefə geyindiyi paltara görə “əxlaqsızlığa təşviq etmək” ittihamı ilə dava açılıb. Aktrisa günahkar bilinərsə 5 ilə qədər həbs cəzası ala bilər.

Azadinform Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur Misir aktrisası Raine Youssefin bağlanış mərasimində geyindiyi paltar başına bəla olub. İki hüquqşünas aktrisanın geyindiyi ayaqlarını göstərən paltarın “əxlaqsızlığa təşviq etdiyi” ittihamı ilə məhkəməyə müraciət edib. Xarici mediada yer alan xəbərə görə Youssef gələn ay məhkəməyə çıxacaq. Əgər günahkar bilinərsə 5 ilə qədər həbs cəzası alacaq. Misir Artistlər Birliyi mövzu ilə əlaqədar ad vermədən açıqlama verərək, “aktrisaların seçdiyi paltarların bəziləri cəmiyyətin ənənə və dəyərlərinə uyğun olmadığını, buna görə də festivalın və ittifaqın adını qaraladığını”, - deyib.

44 yaşlı aktrisa isə Tvitter hesabından üzr istəyib: “Bu paltarı geyindiyim zaman yaxşı bir seçim etmədim. Belə qəzəb yaradacağımı düşünmürdüm. Misir cəmiyyətindəki dəyərlərə olan bağlılığımı təkrar qeyd etmək istəyirəm”.

3.12.2018 11:20 / Baxılıb: 370 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2018
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo