Gənc rəssam Adil Yusifovun Vyanada sərgisi açılıb

Adəm Abbaslı/AZADİNFORM. Vyanada yerləşən “Base-level” qaleriyasında gənc rəssam Adil Yusifovun əsərlərindən ibarət sərgi açılıb.

Mədəniyyət və Turizm İdarəsindən “Azadinform”a verilən xəbərə görə, may ayı ərzində davam edəcək sərginin açılışında Avstriyadakı diplomatik korpusun nümayəndələri, azərbaycanlılar, yerli və xarici qonaqlar, o cümlədən müasir incəsənət əsərlərinə maraq göstərən insanlar iştirak edib. Bildirilib ki, sərgi dünyadan vaxtsız köçən Azərbaycanın Avstriyadakı səfiri, mərhum Fuad İsmayılovun xatirəsinə həsr edilib.
Tədbirdə iştirak edən nümayəndələr qeyd ediblər ki, bu kimi sərgilər Azərbaycanın müasir incəsənətinin Avstriyada daha da yaxından tanıdılmasına öz töhfəsini verəcək və Avstriya-Azərbaycan mədəni əlaqələrinin daha da dərinləşməsinə səbəb olacaq.

11.05.2011 17:01 / Baxılıb: 565 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo