Özcan açıqlama verdi: Mən paylaşmamışam

Xəbər verdiyimiz kimi, aktyor Özcan Dəniz Burak Özçivitlə evli olan və ondan uşaq gözləyən aktrisa Fahriye Evcenlə rol aldığı filmdən bir foto paylaşıb.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizin hesabında yerləşdirdiyi həmin şəkil sosial mediada insanların tənqidinə məruz qalıb.

Belə ki, keçmişdə Fahriye ilə 4 illik eşq yaşayan Özcanın bu paylaşımı hər kəsi çaş-baş edib. Sosial şəbəkə istifadəçiləri şəklin altına tənqidlər yazıblar.

Baş verənlərin ardınca Dəniz açıqlama verib və fotonun özü yox, çalışdığı agentlik tərəfindən paylaşıldığını deyib. 

2.12.2018 14:43 / Baxılıb: 120 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo