10 dəqiqədə boşanan cütlük yenidən barışdı - FOTO

Aygün Nəbiyeva / AZADİNFORM. Keçən aylarda 6 illik evliliklərini 10 dəqiqə içərisində bitirən Demet Akalın və Okan Kurt cütlüyü barışıb. Okan Kurt maqazin proqramına zəng edərək “10 gündə hər şeyi həll etdik” açıqlamasını verib.

Azadinform CNN Türkə istinadən xəbər verir ki, cütlüyün qızları Hira Kurt “İnstagram” hesabından "Anam və atam tətilə getdi. İndi hava limanındadılar", - deyib. Digər tərəfdən Demet Akalının sosial mediadan Parisə getdiyi və bir neçə saat öncə döndüyü görülüb. Lakin Hiranın bu paylaşımı qısa müddətdən sonra silinib. 

Qeyd edək ki, barışdıqdan sonra Okan Kurt maqazin proqramına zəng edərək “10 gün içində hər şeyi həll etdik. Bizi rahat buraxsalar barışacağıq. Çox çətin günlər keçirdik. Onu çox sevirəm, onun da məni sevdiyini düşünürəm. İnandırmaq üçün bir şey etmək lazım deyil. Biz oraya rahat hərəkət etmək üçün getdik. Onsuzda qızım Hira bunu elan etdi”, - açıqlamasını verib.

29.11.2018 17:50 / Baxılıb: 71 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2018
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo