Müşərrəf Akay Gəncədə konsert verəcək - Sabah

Adəm Abbaslı/AZADİNFORM. Noyabrın 30-da Gəncə Dövlət Filarmoniyasında ədəbi-bədii musiqili gecə keçiriləcək.

Azadinform-un məlumatına görə, konsert proqramı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, gecədə Müşərrəf Akay da iştirak edəcək. Türk sənət musiqisinin tanınmış siması Müşərrəf Akay konsertin fəxri qonağı olacaq. Bu barədə o, təəssüratlarını bölüşüb: “Çox həyəcanlıyam. Uzun illər sonra yenidən Gəncədə olmanın həyəcanını yaşayıram”.

Musiqili gecədə Müşərrəf Akayla səhnəni Xalq artist Nazpəri Dostəliyeva, Zakir Əliyev, Elnarə Xəlilova, Ehtiram Hsüeynov, İlkin Əhmədov da bölüşəcək.

Tədbir saat 17:00-da başlayacaq.

29.11.2018 14:50 / Baxılıb: 116 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2018
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo