Polşa və Ukraynanın opera ulduzları Bakıya gələcək

Dekabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcək. 

Teatrdan Azadinform-a verilən xəbərə görə, Karmen partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət edib.

İ.Jitinska hazırda Avropada çox populyar olub, bir çox ölkələrdə vaxtaşırı qastrol səfərlərində olur. Portuqaliyanın Lissabon şəhərində keçirilən opera sənəti festivalında vokalçı Karmen partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş prizə layiq görülüb.

Tamaşada həmçinin Ukraynanın xalq artisti Andrey Romanenko da (Xoze) və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri xalq artistləri Əli Əsgərov (Suniqo) və Gülnaz İsmayılova (Fraskita), əməkdar artistlər İnarə Babayeva (Mikaela), Cahangir Qurbanov (Eskamilio), Tural Ağasıyev (Dankayro), Əliəhməd İbrahimov (Romendado) və solist Nina Makarova (Mersedes) da çıxış edəcəklər.

Tamaşanın dirijoru əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" Milli mükafatının laureatı Əyyub Quliyevdir.

27.11.2018 19:12 / Baxılıb: 96 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo