Kral Miss Moskvanın gözəli ilə evləndi - FOTO

Aygün Nəbiyeva / AZADİNFORM. Malayziya Kralı, Kelantan Sultanı V Məhəmməd “Miss Moskva-2015” müsabiqəsinin qalibi Oksana Voyevodina ilə evlənib.

Azadinform xəbər verir ki, 22 noyabr tarixində Moskvada “Barvikha Concert Hall”da baş tutan toyda gəlin ənənəvi rus paltarında, bəy isə ənənəvi Malayziya milli geyimində qonaqlar qarşısına çıxıb. Toyda çəkilən fotoşəkillər qısa müddətdə sosial şəbəkələrə yayılıb.

Qeyd edək ki, “Miss Moskva” gözəlinin 28, Malayziya kralının isə 49 yaşı var. Toyda spirtli içkilər qadağan olunub.

27.11.2018 14:40 / Baxılıb: 568 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2018
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo