Məşhur caz ulduzu Linley Marte Bakıda çıxış edəcək

Dünya səviyyəli bas gitarist, məşhur caz ulduzu Linley Marte (Fransa) noyabrın 28-də Bakıya gələcək.

Beynəlxalq Muğam Mərkəzindən Azadinform-a verilən xəbərə görə, ifaçı Azərbaycanın məşhur caz ifaçısı Təranə Mahmudovanın yaradıcılığının 20 illiyinə həsr olunmuş “Baku Sound” adlı konsertdə çıxış edəcək.

Konsertdə caz üslubunda Azərbaycan xalq kompozisiyaları və müasir caz əsərləri səslənəcək.

Gecədə məşhur zərb ustası, beynəlxalq festivalların iştirakçısı və laureatı Zaza Tserdsvadze (Gürcüstan) və istedadlı pianoçu Elbey Məmmədzadə (Azərbaycan) iştirak edəcəklər

Qeyd edək ki, Linley Marte ekzotik Mavriki adasında anadan olub. Onun Afrika və Hindistan ritmləri ilə dolu coşğun, məharətli ifası, nadir ritm hissi və fantastik texnikası bas gitara üçün ən yüksək müasir ifaçılıq zirvələrini fəth edib.

O, öz yaradıcılığında François Jeanneau, Lionel Belmondo, Stéphane Belmondo, Eric Bensoussan, Antoine Hervé, Marc Berthoumieux, Sylvain Beuf, Flavio Boltro, Jean-Pierre Como, Laurent Coq, Jean-Marie Ecay, Christian Escoudé, Denis Leloup, Francis Lockwood, Nicolas Genest, Nguyên Lê, Olivier Ker Ourio kimi məşhur musiqiçilərlə əməkdaşlıq edib.

Biletləri şəhərimizin kassalarında, ASAN xidmət mərkəzlərində və iticket.az saytında əldə etmək olar. 

26.11.2018 22:31 / Baxılıb: 102 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo