Tanrı etimadını doğruldan İnsan!

İnsanın ağla, zəkaya, idraka sahib olması bütün yaranmışlar arasında onun təkcə üstünlüyü yox, həm də cavabdehliyidir. Çünki Tanrı mələyi və şeytanı, gecəni və gündüzü, işığı və zülməti, xeyri və şəri qoşa yaradıb. O, insana ağıl vermək və bu ikilini dünyaya göndərməklə ona həm dərin etimad göstərib, onu həm də böyük seçim qarşısında qoyub. Dünyanın gözəlliklərini qorumaq, şərin yox, xeyrin, zülmətin yox işığın, şeytanın yox, Tanrının tərəfində durmaq insanın ən böyük insanlıq borcudur. Və o kəslər xoşbəxtdir ki, hər zaman Tanrı elçisi kimi qəbul olunub, yolu gözlənilib, axtarılıb... Və bu gün belə insanlar barmaqla sayılacaq qədərdir. Nə bəxtəvər bizlərə ki, Tanrı hədiyyəsi olan bu insanların əhatəsində varıq...


Müqəddəs kitablar təsdiq edir ki, Yaradan insanı özünəbənzər yaradıb. Tanrı bütün gözəlliklərin həm səbəbi, həm də nəticəsi, həm başlanğıcı, həm də sonudur. Demək, gözəlliyə can atmaq Tanrıya can atmaqdır. Beləcə, insan ağlı və əməyinin nəticəsi olan bütün gözəl işlər İlahi gözəllik idealına qovuşmaq cəhdindən yaranıb.

Yaradan mərhəmətlidir və insan da mərhəmətli olmalıdır. O, varlığı sevgidən yaradıb və insan da sevməlidir. Çağdaş dünya beş min, hətta min il əvvəlki dünya deyil. Tanrı bu gün dünyanın, kainatın, varlığın taleyini insana etibar edib, özü isə daha çox yer üzündəki köməkçisi olan insanın əməllərini müşahidə edir. Çağdaş dünyanın taleyi insanın ağlı, elmi, düşüncəsi, əməllərindən asılıdır. Müasir insan dünyanın sadəcə qonağı yox, sahibidir. İziylə getdiyimiz, sözünü danışdığımız insanlar əslində, onlarla güvənənlərin də ümid sahibidir. Öz yardımsevərliyi, mərhəməti, məsləhətləri, humanistliyi, bəzən də baməzəliyi ilə qəlblərdə taxt qurur... Sadalanan bütün bu xüsusiyyətlər bir canlı portretdə cəmlənib - bu portretin sahibi Hacı Madər Musayevin özüdür. 

Bu yanaşma həm də istisnasız olaraq Hacı Madər Musayevin imicidir. Onu heç kim artıq, izafi danışan deputat kimi xarakterizə edə bilməz. Onun sözü ölkə prezidentinin verdiyi tövsiyələr, yürütdüyü siyasi-iqtisadi xətt əsasında dövlətimiz, dövlətçiliyimiz, xalqımız naminə atdığı saysız-hesabsız addımlarındadır. Bu addımların inkişaf trayektoriyasını analiz edəndə maraqlı bir mənzərənin şahidi oluruq. İlk növbədə əsas diqqət insanların rifah halının yaxşılaşdırılması məqsədilə sosial-infrastruktur layihələrinin həyata keçirilməsini nəzərdə tutur. Təbii ki, sosial durumun normallaşması olmadan yaşayış yoxdur. Tərəzinin digər gözündə isə mütləq məktəb, maarifçilik, mədəniyyət kimi son dərəcə vacib, övladlarımızı işıqlı sabahlara bir ziyalı kimi daşıyacaq xüsusi məqamların olduğu aydınca sezilir.

Hər şey dəyişir, inkişaf edir, mürəkkəbləşir, təkmilləşir. Amma bir şey dəyişməz qalır - insan yarananda hansı seçim qarşısında idisə, yenə də eyni seçim önündədir. O, öncələrdə olduğu kimi yenə də iki yoldan birini seçməlidir - ya xeyri, ya da şəri ! Və nə qədər ki, insan var, xeyir də var, şər də, bu seçim azadlığı da olacaq. Çünki insanın yaradılmasının, həyatının, ağlının idrakının, elminin, ümumən varlığının mənası bu seçim azadlığından ibarətdir. Yoxsa, onun daşdan, küləkdən, dənizdən, çaydan, canlı və cansız təbiətdən heç bir fərqi olmazdı. Nə qədər ki, insan var - xeyir hər zaman qalib gələcək. Yuxarıda sadalanan xüsusiyyətlər bir ruhda birləşəndə zülmət işığa məğlub olur. Və əminəm ki, bu cür insanlar günümüzdə var. Öz rəhbərinə sadiq, dəyərlərinin keşikçisi, ailəsinin və dostlarının istinad yeri olan insanlar var olduqca, dünya insandan asılı olacaq!

Tanrı etimadını doğruldan İnsan! Həyata gəlişiniz mübarək! Tanrı hədiyyəsi olan yeni yaşınız mübarək! 


Şahrza Ağayev

Azərbaycan Dövlər Pedaqoji Universitetinin dosenti

26.11.2018 13:32 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo