Səməd Behrəngi adına ədəbi mükafatın beşinci təqdimat mərasimi keçirilib

AZADİNFORM. Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda Birliyin Cənubi Azərbaycan şöbəsinin təsis etdiyi Səməd Behrəngi adına ədəbi mükafatın sayca beşinci təqdimat mərasimi keçirilib. 

Azadinform xəbər verir ki, tədbirdə hər iki taydan elm və ədəbiyyat nümayəndələri, şairlər, araşdırmaçılar iştirak edib. Professor Məhəmmədrza Kərimi, şair, araşdırmaçı Saleh Səccar, şair Dinməz Türk, şair Elçin Həsənzadə, prof. əməkdar incəsənət xadimi İlham Rəhimli, Elmlər akademiyasının professoru Vüqar Əhməd, akademiyanın Cənubi Azərbaycan şöbəsinin elmi işçisi Dilbər Rzayeva, sənətşünas rejissor Kəmalə Əliyeva Səməd Behrəngi Ədəbi mükafatı və Avrasiya Sənət Kültür Elm Ədəbiyyat Federasiyasının diplomu ilə təltif olunublar. Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, daha sonra sözü xalq şairi Fikrət Qocaya verib. Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, Milli Məclisin deputatı Jalə Əliyeva, akademiyanın professoru Nizami Muradov çıxış edib və hərə öz növbəsində Cənubi Azərbaycan ədəbiyyatının təbliğatının genişləndirilməsinə diqqət çəkib. 

Sonda mükafatlar təqdim olunub.  

24.11.2018 12:13 / Baxılıb: 165 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2018
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo