Aktrisa yeni filmini qızlarına qadağa etdi

Aygün Nəbiyeva / AZADİNFORM. Oskarlı ulduz Nicole Kidman yer aldığı “Destroyer” adlı filmini 10 və 7 yaşındakı qızlarına qadağa etdi.

Azdinform xarici KİV-ə istinadən xəbər verir ki, Hollivudun məşhur aktrisası Nicole Kidman yeni filmini qızlarına qadağa etdiyini açıqlayıb. Aktrisa bu filmdə özünə zərərverən, qəzəbli bir dedektivi canlandırıb. Obrazı haqqında danışan Kidman “Obrazım cinayətkarları təqib edən, digər yandan da şəxsi həyatında sıxıntıları olan, hirsli bir qadındır. Qızlarımın bunu görməsini istəmirəm”, – deyib. Kidman şiddət səhnələrinin çox olduğu filmini qızlarının yalnız 21 yaşına çatdıqda izləyə biləcəklərini bildirib. 

Qeyd edək ki, Keith Urban ilə evli olan aktrisanın 10 yaşında Sunday Rose və 7 yaşında Faith adında iki qızı var.

23.11.2018 17:40 / Baxılıb: 447 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2018
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo