FIFA-nın Etika komitəsinin sədri saxlanılıb

Asiya Beynəlxalq Arbitraj Mərkəzinin direktoru (AIAC) və FIFA-nın Etika komitəsinin sədri Sundra Raco korrupsiyada şübhəli bilindiyi üçün saxlanılıb.

Azadinform AP agentliyinə istinadən xəbər verir ki, o, Malayziyada Korrupsiyaya qarşı Mübarizə Komissiyası tərəfindən tutulub.

Hakim məhkəmədə komitə sədrinin diplomatik toxunulmazlığı və imtiyazları olduğunu qəbul edib və S.Raco sərbəst buraxılıb. 

Korrupsiyaya qarşı Mübarizə Komissiyası məsələ ilə bağlı araşdırmanı davam etdirəcək. 

S.Racoya qarşı istintaqın təfərrüatı açıqlanmır. O, saxlanıldıqdan sonra AIAC-ın direktoru postundan istefa verib. 

21.11.2018 22:05 / Baxılıb: 98 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    25.05.2019
    24.05.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo