Ombudsman Aparatının əməkdaşları Gəncədəki hərbi hissələrə baxışlar keçiriblər

AZADİNFORM. Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun böyük məsləhətçisi Murad Babayev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, həmçinin Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.

Qurumdan Azadinform-a verilən məlumata görə, baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib.

Eyni zamanda Aparatın əməkdaşları Daxili Qoşunların Gəncə şəhərindəki hərbi hissəsində bir neçə yerdə hərbi qulluqçuların telefon əlaqəsi saxlamaları üçün quraşdırılmış taksofonların işləməsi, həmçinin subay olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün tikilmiş modul tipli yataqxanalarda, ailəli zabit və gizirlər üçün tikilən binada yaradılmış şərait ilə tanış olublar.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Müvəkkilin bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda, eyni zamanda 2018-ci ilin Xalq Cümhuriyyəti İli kimi qeyd olunması, Milli Ordunun yaradılmasının və Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilmiş hərbi paradlar haqqında söhbətlər aparıb, hərbi qulluqçuların çoxsaylı suallarını cavablandırıblar. Onlar hərbi qulluqçularla hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıblar.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib.

21.11.2018 21:23 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo