İran Yaponiya və Cənubi Koreyaya neft ixracını bərpa edəcək

Dekabr-yanvar aylarında İrandan Yaponiya və Cənubi Koreyaya neft ixraxcı bərpa ediləcək.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə Milli İran Neft Şirkəti (NIOC) məlumat verib.

Şirkətin saytında verilən məlumata görə, Yaponiyanın ən böyük neft emalı şirkəti olan "JXTG Holdings" dekabr ayından neft alışını bərpa etməyi planlaşdırır, "Fuji Oil Co" isə yanvar ayından neft və kondensat almağa başlayacaq. Elə Cənubi Koreya da neftin alışını yanvar ayından etibarən həyata keçirəcək.

Xatırladaq ki, daha əvvəl sanksiyalar şəraitində ABŞ bu ölkələrə və daha altı ölkəyə İran neftinin alması üçün müvəqqəti icazə verib.

21.11.2018 20:18 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo