Türkiyə Prezidenti: "Corc Soros dövlətləri dağıtmaqla məşğuldur"

"Corc Soros dövlətləri dağıtmaqla məşğuldur". 

Azadinform TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.  

O, Soros Fondunun rəhbəri Corc Sorosu Türkiyədə 2013-cü ildə keçirilmiş və “Gəzi hərəkatı” adı ilə məşhur olan etiraz aksiyalarını maliyyələşdirməkdə ittiham edib: “Bu hadisələri maliyyələşdirən bir nəfərdir, məşhur macar yəhudisi Soros. Bu adamın külli miqdarda pulu var və həmin pulları xalqlar arasında ədavət salmağa, dövlətləri dağıtmağa sərf edir”.

Xatırladaq ki, 2013-cü ilin yayında İstanbulun Taksim meydanı yaxınlığındakı Gəzi parkında ağacların kəsilərək yerində ticarət mərkəzinin tikilməsinə etiraz edən nümayişçilərlə polis arasında toqquşmalar baş vermişdi.

21.11.2018 20:32 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo