Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb

AZADİNFORM. Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.

Bu barədə Azadinform-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. 

Məlumata görə, 600 mm-lik çuqun xətdə baş vermiş qəza ilə əlaqədar olaraq, Xətai rayonunun bir hissəsinə (kənd Əhmədli, Radizavodun ətrafı, Zığ yolunun bir hissəsi və Mingəçevir küçəsi) içməli suyun verilişində məhdudiyyətlər olub. 

21.11.2018 19:16 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo