Avropa İttifaqı İtaliyanı sanksiyalarla hədələyib

Avropa İttifaqı büdcəyə düzəlişlər etməkdən imtina etdiyi üçün sanksiyalar çərçivəsində İtaliyanı cərimələmək niyyətindədir.

Bu barədə Azadinform Rusiya KİV-inə istinadən xəbər verir.

Qeyd olunur ki, cərimənin məbləği hələlik məlum deyil.

Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis bildirib ki, İtaliyanın büdcə planı gələcəkdə, ilk növbədə, italiyalılara ciddi təsir göstərəcək.

"Bu ölkənin qeyri-sabitliyə düşəcəyi riskini görürük", - V.Dombrovskis deyib.

Daha əvvəl İtaliya hökuməti Aİ-nin büdcə layihəsinə dəyişikliklər edilməsi ilə bağlı tələbini rədd edib. İndi İtaliya cərimə proseduru ilə üzləşə, bu isə, öz növbəsində, Aİ tərəfindən yardımın azalmasına və böyük məbləğdə cərimələrin kəsilməsinə gətirib çıxara bilər.

21.11.2018 19:07 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo