Ötən ay DGK-ya 253 min 862 müraciət daxil olub

Samir Soltanov/AZADİNFORM. 2018-ci ilin yanvar-oktyabr ayında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə 1 milyon 983 min 194 elektron müraciət daxil olub. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, daxili olunan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu və gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edir. 

Həmçinin bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinə 253 min 862 müraciət daxil olub.

21.11.2018 19:00 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo