Putindən Netanyahuya İranı Suriyadan çıxarmaq təklifi İddia

Samir Soltanov/AZADİNFORM. Rusiya prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahuya ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları yumuşaltması qarşılığında Moskvanın rəsmi Tehrana Suriyadakı qüvvələrini geri çəkməsi üçün təzyiq göstərəcəyi barədə təklif irəli sürdüyü iddia edilib. 

Azadinform xəbər verir ki, belə bir iddia ilə İsrail mətbuatı çıxış edib. Bildirilir ki, Netanyahu da Putinin təklifini ABŞ-ın Suriya üzrə təmsilçisi Ceyms Ceffrey ilə son görüşündə gündəmə gətirdiyi bildirilib. 

Qeyd edək ki, İsrail tərəfi İran ordusunun Suriyada onların təhlükəsizliyi üçün təhdid olduğunu önə sürür və İran ordusunun Suriyadan çıxarılmasının vacib olduğunu tez-tez gündəmə gətirir. 

21.11.2018 17:15 / Baxılıb: 327 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo