| |||||
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsi seçildiAygün Nəbiyeva / AZADİNFORM. Almaniyanın “Bündnis Entwicklung Hilft” cəmiyyətinin mütəxəssislərinin hazırladığı “WorldRiskReport 2018” reytinqinə görə Azərbaycan Cənubi Qafqazda təbii fəlakətlərdən ölüm halları üzrə ən təhlükəsiz ölkə hesab olunub. Azadinform xəbər verir ki, bu reytinqdə Azərbaycan 103 (5,46 maddə üzrə), Gürcüstan 101, Ermənistan 91-ci (6,06), İran və Türkiyə müvafiq olaraq 120 və 112-ci yerdə qərarlaşıb. Araşdırmalar 5 risk qrupuna bölünərək, 172 ölkəyə aid məlumatlarla analiz edilib. Dünyanın ən təhlükəsiz ölkələri adını Qətər (172), Malta (171), Səudiyyə Ərəbistanı (170) alıb. Dünyanın ən təhlükəli ölkələri isə Sakit Okeanda yerləşən Vanuatu ada dövləti, Tonqa və Filippindir. Qeyd edək ki, araşdırma Almaniyanın Rur Universitetinin professoru Katrin Radkenin rəhbərliyi altında aparılıb.
21.11.2018 16:57 / Baxılıb: 446 /
Bu bölmədə ![]() ![]() ![]() ![]() ![]() |
![]() |
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |