Priora ağaca çırpıldı İki nəfər öldü

Samir Soltanov/AZADİNFORM. Zaqatala rayonunun Yolayrıç kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 20-də saat 22 radələrində Zaqatala rayonunun Yolayrıç kəndi ərazisində rayon sakini Emin Kahayev idarə etdiyi “Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində, sərnişini Amid Şabanov isə xəstəxanada ölüblər. 

Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

21.11.2018 16:37 / Baxılıb: 197 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo