Millimiz Ermənistanla eyni liqada Millətlər Liqasında növbəti mövsümün təqvimini

Samir Soltanov/AZADİNFORM. UEFA Millətlər Liqasında növbəti (2020-2021) mövsümün təqvimini açıqlayıb. 

Azadinform xəbər verir ki, yeni mövsüm 2020-ci ilin sentyabr ayında başlayacaq.  

Millimiz Kipr, Litva, Estoniya, Andorra, Ermənistan, Cəbəllütariq, Qazaxıstan, Latviya, Lixtenşteyn, Lüksemburq, Sloveniya, Malta, Moldova, San-Marino və Farer adaları ilə birlikdə D Liqasında mübarizə aparacaq. 

Qeyd edək ki, növbəti mövsümün püşkatma mərasimi isə 2020-ci ilin yanvar və ya fevral ayında baş tutacaq. 


Millətlər Liqasında 2020-2021 mövsümünün təqvimi


Qrup mərhələsi


1-ci tur: 3-5 sentyabr 2020-ci il

2-ci tur: 6-8 sentyabr 2020-ci il

3-cü tur: 8-10 oktyabr 2020-ci il

4-cü tur: 11-13 oktyabr 2020-ci il

5-ci tur: 12-14 noyabr 2020-ci il

6-cı  tur: 15-17 noyabr 2020-ci il


Final mərhələsi 2021-ci ilin iyununda keçiriləcək. Avro-2020-nin pley-off mərhələsinin oyunları isə 2020-ci il 26-31 mart tarixlərində olacaq.

21.11.2018 15:42 / Baxılıb: 296 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo