Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilib

Samir Soltanov/AZADİNFORM. Bu gün Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilib. 

Azadinform xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. 

Görüşün gündəliyinə Əfqanıstan İslam Respublikasındakı vəziyyət, həmin ölkədə fəaliyyət göstərən terrorçu təşkilatların MDB-nin üzvü olan dövlətlərin təhlükəsizliyinə törətdiyi təhdidlər, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlıq, MDB məkanında bioloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər daxil olunmuşdu. 

Tədbir çərçivəsində, həmçinin informasiya və kommunikasiya texnologiyalarından cinayətkar məqsədlər üçün istifadənin qarşısının alınması sahəsində təşəbbüslər, faşizmin qəhrəmanlaşdırılmasının yolverilməzliyi və bir sıra digər məsələlərə dair məruzələr dinlənilib. 

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib, müzakirə olunan sahələr üzrə Azərbaycan Respublikasının müsbət təcrübəsi barədə məlumat verib. 

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə təhlükəsizliyin təmin edilməsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

21.11.2018 15:20 / Baxılıb: 276 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo