Evləri soyan Masallı sakini saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Masallıda evdən 3 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub. 

DİN-dən Azadinform-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 60 manat oğurlamaqda şübhəli bilinən Masallı şəhər sakini İzzət Əhmədzadə saxlanılıb. Onun cari il oktyabr ayının 4-dən noyabr ayının 20-dək olan müddətdə daha bir evdən 95 manat pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

21.11.2018 15:10 / Baxılıb: 235 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo