YAP-ın fəaliyyəti Azərbaycanın milli maraqları ilə çox sıx bağlıdır

Ləman Hüseynzadə / AZADİNFORM. “Yeni Azərbaycan Partiyası (YAP) tarixin, zamanın zərurətindən yaranmış bir partiyadır”.

Bunu Azadinform-a Milli Məclisin deputatı Aydın Mirzəzadə YAP-ın 26 illik fəaliyyəti barədə danışarkən deyib. O bildirib ki, 26 il öncə müstəqillik qazanmış bir ölkənin hansı yolla gedəcəyi barəsində cəmiyyət arasında qızğın müzakirələr gedirdi: “Bununla belə demokratik düşüncəli insanlar, ziyalılar həmin dövrdə Ulu öndər Heydər Əliyevin siyasi təcrübəsindən və nüfuzundan siyasətdə istifadənin vacibliyini vurğuladılar. YAP-ın yaranması barədə məlumatın yayılması cəmiyyətdə böyük əks-səda doğurdu, yüz minlərlə insan partiyaya üzv oldu, partiyanın bütün Azərbaycan coğrafiyası üzrə qeydiyyat təşkilatları yaradıldı. Ötən zaman ərzində Partiya hər zaman yeni Azərbaycanın qurulmasında, demokratiyanın inkişaf etdirilməsində, insanların problemlərinin qabardılaraq onların həlli istiqamətində böyük işlərin görülməsinə nail ola bilib”. 

Millət vəkili qeyd edib ki, Partiyanın hazırkı sədri ölkə başçısı İlham Əliyevin apardığı siyasət bu gün xalqın maraqlarına tamamilə cavab verir: “YAP prezidentin apardığı siyasəti daim dəstəkləyən güclü bir sosial birlikdir. YAP-ın dünəni də, bu günü də, sabahı da Azərbaycanın milli maraqları ilə çox sıx bağlıdır”.

21.11.2018 14:20 / Baxılıb: 296 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo