Memorandum Rusiya ilə Azərbaycan jurnalistləri arasında münasibətləri inkişaf etdirəcək

Ləman Hüseynzadə / AZADİNFORM. Bu gün Azərbaycan Mətbuat Şurası ilə Rusiyanın Jurnalistlər İttifaqı arasında imzalanan əməkdaşlıq haqqında Memorandumla bağlı mətbuat konfransı keçirilib.

Azadinform xəbər verir ki, konfrans Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və Rusiya Jurnalistlər İttifaqının ölkəmizdə səfərdə olan sədri Vladimir Solovyovun iştirakı ilə keçirilib. 

Tədbirdə çıxış edən Ə.Amaşov bildirib ki, 18 noyabrda Rusiyanın Jurnalistlər İttifaqı ilə Mətbuat Şurası arasında müqavilə imzalanıb: “Bu müqavilədə əsas məqsəd jurnalistlər arasında münasibətlərin daha da möhkəmləndirilməsidir. Bu vaxta qədər Mətbuat Şurası ilə Rusiyanın ayrı-ayrı jurnalist təşkilatları əməkdaşlıq edirdi. Hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri planlaşdırılır. Dekabrda Rusiyadan bir qrup jurnalist Azərbaycana, may ayında isə Azərbaycan jurnalistləri Rusiyada səfərdə olacaq. Əminəm ki, bizim imzaladığımız Memorandum Rusiya ilə Azərbaycan jurnalistləri arasında münasibətləri daha da inkişaf etdirəcək və sistem halına salacaq. Biz iş planı üzərində işləyirik. Həmin iş planına əsasən mütəmadi olaraq tədbirlər keçirəcəyik. Həmçinin həmin tədbirlərdə mətbuat nümayəndələri də iştirak edəcək”.

21.11.2018 12:31 / Baxılıb: 303 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo