G-20 liderlərini 23 minə yaxın təhlükəsizlik işçisi qoruyacaq

Samir Soltanov/AZADİNFORM. “G-20 zirvə toplantısında təhlükəsizliyinin təmin edilməsi əsas şərtlərdən biridir”. 

Azadinform xəbər verir ki, bunu Argentinanın təhlükəsizlik naziri Patrisia Bullriç bildirib. Nazir qeyd edib ki, buna görə də toplantı zamanı təhlükəsizlik güclü şəkildə təmin ediləcək: “Argentina Federal Təhlükəsizlik Təşkilatı və dünyanın müxtəlif təhlükəsizlik orqanları ilə ortaq işləyirik. Ümumilikdə 22 min 700 təhlükəsizlik işçisi hazır vəziyyətə gətiriləcək”.

Qeyd edək ki, 30 noyabr - 1 dekabr tarixilərində Argentinanın paytaxtı Buenos-Ayresdə G-20 zirvəsi keçiriləcək. 

21.11.2018 11:50 / Baxılıb: 295 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo