Zakir Həsənov Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb. 

Müdafiə Nazirliyindən Azadiform-a verilən məlumata görə, tərəflər regional təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq, birgə hərbi təlimlərin keçirilməsi, hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıb.  

Həmçinin, Zakir Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə də görüşüb. Tərəflər regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli əsasda və NATO proqramları çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

21.11.2018 11:12 / Baxılıb: 263 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.12.2018
11.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo