Mədən ocağında partlayış Xəsarət alanlar var

Samir Soltanov/AZADİNFORM. Türkiyənin Zonquldak şəhərinin Kilimli qəsəbəsində mədən ocağında partlayış olub. 

Azadinform xəbər verir ki, partlayış nəticəsində xəsarət alan 2 nəfər xəstəxanaya çatdırılıb. Xəstəxanaya çatdırılanların ağır vəziyyətdə olduğu bildirilir. Məlumata görə, mədən ocağında köməksiz vəziyyətdə qalan digər 3 nəfərin xilas edilməsi üçün çalışmalara başlanılıb. 

Qeyd edək ki, partlayışın hansı səbəbdən baş verdiyi haqqında dəqiq məlumat yoxdur.

21.11.2018 11:00 / Baxılıb: 192 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo