Türkiyə və Gürcüstan Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət edib

Samir Soltanov/AZADİNFORM. Üçtərəfli formatda keçiriləcək görüşdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın rəhbərlik etdikləri nümayəndə heyətləri noyabrın 21-də Şəhidlər xiyabanını ziyarət ediblər. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, qonaqlar Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsi önünə, eləcə də şəhid məzarlarına əklil və gül dəstələri qoyublar.

21.11.2018 10:35 / Baxılıb: 210 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    12.12.2018
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo